Pakistanda yenə güclü zəlzələ oldu

Pakistanda yenə güclü zəlzələ oldu Sosial


Pakistanın qərbində 5,4 bal gücündə zəlzələ baş verib.

News24.az  Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji xidməti xəbər verib.

Məlumata əsasən, yeraltı təkanların episentri Nuşki şəhərindən (Bəlucistan əyaləti) 67 km şimal-qərbdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.