Payızda gözlərinizi infeksiyalardan belə qoruyun

Payızda gözlərinizi infeksiyalardan belə qoruyun Sosial

Payızda müxtəlif infeksiyaların, o cümlədən gözün selikli qişasının iltihabına səbəb olan xəstəliklərin yayılması artır.

News24.az xəbər verir ki, gözləri güclü küləkdən qorumaq, otaqda rütubəti normal saxlamaq və şəxsi gigiyenaya diqqət etmək tövsiyə olunur.

Oftolmoloqlar bildiriblər ki, konyunktivitin əsas əlamətləri gözlərin qızarması, sulanması, yanma, ifrazat və işığa həssaslıqdır.

Bu əlamətlər zamanı gözləri ovuşdurmaq və özbaşına müalicəyə başlamaq olmaz.

Xüsusilə irinli ifrazat, ağrı, güclü işıq həssaslığı və görmənin pisləşməsi varsa, oftalmoloqa müraciət edilməlidir.

Həkimlər həmçinin kontakt linzalardan müvəqqəti imtina etməyi, əlləri tez-tez yumağı və şəxsi dəsmaldan istifadə etməyi tövsiyə edilər.

Mütəxəssislər kondisioner, ventilyasiya və qızdırıcılardan gələn birbaşa hava axınından uzaq durmağı, kompüter və digər cihazlardan istifadə zamanı fasilələr verməyi də məsləhət görüb.