Paytaxtın 2 rayonunda qaz olmayacaq

Paytaxtın 2 rayonunda qaz olmayacaq Sosial

Sabah Bakının Səbail və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə News24.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, saat 09:00-dan işlər başa çatanadək Səbail rayonunun M. Hüseyn, Nizami, Mərdanov qardaşları, Azadlıq, B. Sərdarov və M. Rostropoviç küçələrinin, Xəzər rayonunun Binə və Qala qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.