Piyadaların hərəkətinə mane olan küçə ticarətinin qarşısı alındı - VİDEO

Piyadaların hərəkətinə mane olan küçə ticarətinin qarşısı alındı - VİDEO Sosial

Metronun "Əhmədli" stansiyasının üçüncü çıxışının qarşısında küçə ticarəti ilə məşğul olan şəxslərin səkiləri zəbt etməsi son günlər sosial şəbəkələrdə və sakinlər arasında narazılığa səbəb olub.

News24.az xəbər verir ki, satışa çıxarılan məhsulların səkiləri daraltması nəticəsində insanların bu ərazidə sərbəst hərəkəti məhdudlaşır.

Küçə ticarəti müəyyən olunmuş qaydalar çərçivəsində mümkün sayılsa da, bu fəaliyyətin piyadalara maneə yaratmayan xüsusi ayrılmış ərazilərdə və icazə əsasında həyata keçirilməsi tələb olunur.

Qeyd edək ki, Baku TV-nin çəkilişindən sonra Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısı alınıb, piyadaların rahat şəkildə gediş-gəlişi təmin olunub.