PORNO izləməyin fəsadları- - SEKSOLOQDAN XƏBƏRDARLIQ

PORNO izləməyin fəsadları- - SEKSOLOQDAN XƏBƏRDARLIQ Sosial

Tez-tez pornoqrafik materiallara baxmaq beynin boz maddəsinin azalmasına səbəb ola bilər. Bu isə qərarvermə, özünü idarəetmə, sosial davranış və empatiya kimi funksiyalara mənfi təsir göstərir. 

News24.az xəbər verir ki, bu barədə seksoloq və psixoterapevt Oleq Qulko Gazeta.Ru-ya açıqlamasında bildirib. 

“Prefrontal korteks — yəni beynin ön payı — insanın özünü idarə etməsindən, qərar qəbul etməsindən və diqqətini cəmləməsindən məsuldur. Porno məzmunu kompulsiv şəkildə istehlak edən şəxslərdə bu bölgənin aktivliyi zəifləyir. Nəticədə impulsların idarəsi çətinləşir. Prefrontal korteksin bəzi sahələrində isə struktur dəyişikliklər, xüsusilə də boz maddənin azalmasına səbəb ola bilər. Bu da həzz hissini gecikdirmə, diqqəti toplama və ümumi idrak funksiyalarını mənfi təsir altına sala bilər”,  – deyə Qulko bildirib.

Onun sözlərinə görə, pornoqrafik materiallara tez-tez baxmaq beyindəki dopamin sistemini – o cümlədən beyinlə əlaqəli ventral tegmental sahə və nüvə akumbens bölgələrini – həddindən artıq stimullaşdıra bilər: 

“Bu proses iki nəticə yaradır: birincisi, sensibilizasiya – yəni beyin porno stimullara qarşı daha həssaslaşır və ehtirasla aludəçilik arasında əlaqə yaranır; ikincisi isə tolerantlıq – zaman keçdikcə eyni həzz səviyyəsinə çatmaq üçün daha güclü və intensiv stimullar tələb olunur. Eyni mexanizm digər asılılıqlarda da müşahidə olunur: məsələn, sosial şəbəkələrdən həddindən artıq istifadə, spirtli içkilərə aludəçilik və qısa videolara davamlı baxış zamanı beyində eyni növ reaksiyalar yaranır",- deyə mütəxəssis əlavə edib.