Professordan isti hava ilə bağlı XƏBƏRDARLIQ!

Professordan isti hava ilə bağlı XƏBƏRDARLIQ! Sosial

Həddindən artıq istidə açıq havada vaxt keçirmək beyin qanaması riskini artırır.

News24.az xəbər verir ki, bu  barədə beyin, neyrocərrahiyyə və onurğa beyni cərrahiyyəsi üzrə mütəxəssis Prof. Dr. Orhan Şen  bildirib.

"Həddindən artıq istiyə məruz qaldığınız zaman beyin dərhal kompensasiya etməyə çalışır. Ürək döyüntüləriniz yüksəlir və əgər yaşlısınızsa, damar divarlarınız zəifdirsə, sidikqovucu dərman qəbul edirsinizsə və ya yüksək təzyiq varsa, bu vəziyyətlər beynin qanamasına səbəb ola bilər",deyə  professor  bildirib./oxu24.com