Qabiliyyət imtahanı verən 543 nəfər məqbul qiymət alıb - DİM
Sosial
Bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 4-də keçirilən qabiliyyət imtahanının nəticələrini elan edilib.
News24.az xəbər verir ki, abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər.
İmtahanda iştirak etmək hüququ qazanmış 827 abituriyentdən 189 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 543 nəfər məqbul qiymət alıb.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 12-dən 19-dək aparılacaq.