Qadınların pensiya yaşı ilə bağlı GÖZLƏNİLƏZ XƏBƏR: 5 il azaldılacaq – VİDEO

Qadınların pensiya yaşı ilə bağlı GÖZLƏNİLƏZ XƏBƏR: 5 il azaldılacaq – VİDEO Sosial

Son dövrlərdə qadınlarla kişilər arasında əməkhaqqı fərqinin azalması istiqamətində qadınların xeyrinə mühüm dəyişikliklər edilir. Əgər əvvəlki illərdə qadınlarla kişilər arasında əməkhaqqı fərqi təxminən 54 faiz təşkil edirdisə, 2025-ci ilin göstəricilərinə əsasən, artıq qadınların əməkhaqqı kişilərin əməkhaqqının 67 faizinə çatıb. Bu, gender bərabərliyinin təmin olunması istiqamətində atılan addımların nəticəsi kimi qiymətləndirilir.

Bununla yanaşı, cəmiyyətdə qadınların ağır və zərərli əmək şəraitində çalışması, onların sağlamlığı və sosial təminatı ilə bağlı məsələlər də müzakirə olunur. Bu baxımdan, ağır işlərdə çalışan qadınların pensiya yaşının azaldılması məsələsi yenidən gündəmə gəlib.

Mövzu ilə bağlı News24.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, pensiya yaşının müəyyənləşdirilməsi və güzəştlərin tətbiqində keyfiyyət meyarlarından istifadə olunması ilə bağlı təkliflər irəli sürüblər. Onun sözlərinə görə, təkliflərdən biri də tək yaşayan qadınların daha erkən pensiyaya çıxmasına şərait yaradılması ilə bağlıdır:

"Biz tək yaşayan xanımların daha tez pensiyaya çıxmasını təklif edirik. Çünki onların sosial dəstəyə daha çox ehtiyacı olur. Xüsusilə, 60 yaşdan sonra bu kateqoriyadan olan vətəndaşların sosial təminatının daha yaxından qorunması vacibdir. Hesab edirik ki, bəzi vətəndaşlarımızın daha erkən pensiyaya çıxması məqsədəuyğun olardı".

Millət vəkili bildirib ki, hazırda Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıya əsasən, ağır və zərərli iş şəraitində çalışan şəxslər üçün pensiya güzəştləri tətbiq edilir və onların pensiya yaşı 5 il azaldılır:

"Həmin siyahıya mütəmadi olaraq yenidən baxılır və dəyişikliklər edilir. Bu çərçivədə qadınların da daha geniş şəkildə nəzərə alınması məqsədəuyğun olardı. Bəzi hallarda nisbətən az ağır işlərdə çalışan qadınlar üçün də istisnaların tətbiqi mümkündür. Bu, onların daha erkən pensiyaya çıxmasına imkan yarada bilər. Ümumilikdə, pensiya yaşının müəyyənləşdirilməsi və güzəştlərin tətbiqində əsas yanaşmamız keyfiyyət meyarlarından istifadə olunmasıdır. Hesab edirik ki, məhz bu meyarlar əsasında müəyyən kateqoriyadan olan vətəndaşların daha tez pensiyaya çıxması təmin edilə bilər", – deyə iqtisadçı qeyd edib".