Qarabağ Universitetində tələbə sayı 3500-ə çatdırılacaq - Rəsmi
Sosial
Bu il Qarabağ Universitetinə 49 ixtisas üzrə 1235 tələbə qəbul olunub.
News24.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, 600-dən çox bal toplayan tələbələrin sayı ötən illə müqayisədə 2 dəfə artıb.
Qarabağ Universitetində ümumi tələbə sayının 3500-ə çatdırılması nəzərdə tutulur.