Qarabağda 12 şəhər və 300 kənd sıfırdan qurulur - RƏSMİ

Qarabağda 12 şəhər və 300 kənd sıfırdan qurulur - RƏSMİ Sosial

Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə 12 şəhər və 300-dən çox kənd sıfırdan qurulur.

News24.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mətbuat konfransında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 üzrə milli koordinatoru Anar Quliyev bildirib.

O qeyd edib ki, Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən layihələr dayanıqlılıq, ağıllı planlaşdırma və insan ləyaqəti prinsiplərinə əsaslanır. Anar Quliyevin sözlərinə görə, hazırda 110 şəhər, qəsəbə və kənd üzrə baş plan təsdiqlənib, daha 400 yaşayış məntəqəsi üzrə planlaşdırma işləri davam etdirilir.