Qarayara xəstəliyi təşviş yaratdı: mal ətinin qiyməti qalxacaq?

Qarayara xəstəliyi təşviş yaratdı: mal ətinin qiyməti qalxacaq? Sosial

Samuxda 9 nəfərdə ilkin müayinələr zamanı qarayara xəstəliyinin əlamətlərinin aşkarlanması ət məhsullarının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Xəstəliyin əsasən heyvanlardan insanlara keçməsi və mal əti ilə bağlı yoluxma riskinin gündəmə gəlməsi bazarda ətə olan tələbatın və qiymətlərin necə dəyişə biləcəyi sualını ortaya çıxarıb.

Bəs baş verənlər fonunda bazarda mal ətinin qiymətində dəyişiklik ola bilərmi?

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, heyvanlar arasında yayılan xəstəliklər ət məhsullarının qiymətinin aşağı düşməsinə deyil, əksinə, bahalaşmasına səbəb ola bilər.

"Xəstəliklərlə bağlı nəzarətin gücləndirilməsi nəticəsində xəstə heyvanlar bazardan çıxarılır və bu da sağlam mal ətinin təklifinin azalmasına gətirib çıxarır. Bu, qiyməti azaldan məsələ deyil. Əksinə, nəzarət güclənir, xəstə heyvanlar bazardan çıxarılır və sağlam mal ətinin qiyməti məcburən artır. Təklif azalır və nəticədə qiymət yüksəlir. Heyvandarlıqda baş verən xəstəliklər, ümumilikdə, qiyməti aşağı salmır, bahalaşmaya səbəb olur”.

İqtisadçı qeyd edib ki, xəstəliyin yayılma səviyyəsi, hansı ərazilərə və təsərrüfatlara təsir etməsi, eləcə də bazarlara tətbiq ediləcək məhdudiyyətlər qiymətlərə təsirin miqyasını müəyyənləşdirəcək.

“Xəstəliyin nə qədər yayılacağı, hansı təsərrüfatlara və bazarlara təsir edəcəyi məlum olduqdan sonra vəziyyəti daha dəqiq qiymətləndirmək mümkün olacaq. Bir xəstəliyin yayılması ilə dərhal panikaya düşmək lazım deyil. Amma ümumilikdə belə xəstəliklər bazarında təklifin azalmasına və qiymətlərin bahalaşmasına səbəb ola bilər