Qatarla Gürcüstana getmək istəyənlərin nəzərinə! Yeni qayda

Qatarla Gürcüstana getmək istəyənlərin nəzərinə! Yeni qayda Sosial

“Azərbaycan Dəmir Yolları” (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında sərnişinlərin maraqlarının qorunması və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə yeni verifikasiya qaydaları tətbiq edir.

News24.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşları ADY-nin veb-saytı və “ADY Mobile” tətbiqində şəxsi kabinetlərini ASAN Login və ya ID vasitəsilə verifikasiya etməlidirlər. FİN kod daxil edildikdən sonra zəruri məlumatlar avtomatik əks olunacaq. Bilet almaq üçün verifikasiyanın tamamlanması mütləqdir.

Xarici ölkə vətəndaşları isə vətəndaşı olduqları ölkənin adını və telefon nömrəsini daxil edərək OTP kod vasitəsilə verifikasiyadan keçməlidirlər.

ADY sərnişinlərə “ADY Mobile” tətbiqində verifikasiyadan keçmək üçün saat 00:00-dan sonra tətbiqi yeniləməyi tövsiyə edib