Qəzaya düşən Xalq artistinin vəziyəti - Açıqlandı

Qəzaya düşən Xalq artistinin vəziyəti - Açıqlandı Sosial

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən (KTM) News24.az-a bildirilib ki, hazırda aktrisanın vəziyyəti stabildir. Onun palata şəraitində müalicəsi davam etdiriləcək.

Qeyd edək ki, avqustun 22-də 72 yaşlı aktrisa yolu keçərkən avtomobillə vurulub. Dərhal hospitalizasiya edən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib./Qafqazinfo