Qəhrəmanını tanıt: balaca Ayşəmdən məktəblilərə çağırış – Video

Qəhrəmanını tanıt: balaca Ayşəmdən məktəblilərə çağırış – Video Sosial

70 nömrəli liseyin 3d sinif şagirdi Ayşəm Səfərova qəhrəmanını tanıt təşəbbüsü ilə çıxış edib.

News24.az xəbər verir ki, o, general-mayor Polad Həşimovun məzarını ziyarət edərək Milli Qəhrəmanın Vətən uğrunda mübarizəsi, gənclərə nümunə olan şəxsiyyəti barədə danışıb.

Ayşəm çıxışı zamanı həmyaşıdlarına müraciət edərək onları da bu təşəbbüsə qoşulmağa – Vətən uğrunda canından keçən qəhrəmanları bir daha yad etməyə, tanıtmağa çağırıb.