Qısaqoldan gödəkçəyə: Havalar niyə qəfil dəyişdi? - AÇIQLAMA

Qısaqoldan gödəkçəyə: Havalar niyə qəfil dəyişdi? - AÇIQLAMA Sosial

Havalar qəfildən soyudu. Bizi qısaqol köynəkdən qalın gödəkçəyə keçməyə məcbur qoyan yağışlı və tutqun payız vaxtından tez sərt üzünü göstərdi. Temperaturun qısa müddətdə belə enməsi isə suallar doğurdu: bu dəyişiklik mövsümi xarakter daşıyır, yoxsa bizi qarşıda sərt qış gözləyir?

Bu barədə News24.az-a açıqlama verən ekoloq Ənvər Əliyev bildirib ki, mövsümün özünü belə biruzə verməsi normaldır: “Vaxtilə, 3-4 il, 5-6 il, hətta daha əvvəl də belə havalar olub. Statistik rəqəmlərə baxanda, bunu görmək mümkündür. Azərbaycanda yazın əvvəli və sonu, yayın əvvəli, eləcə də, payız ən çox yağıntılı dövrlərdir. Bakıda belə yağışların olması da normaldır. Amma yağış qısa müddət ərzində çox yağarsa, bu, daşqın və digər problemlər yarana bilər”.

Ekoloq qeyd edib ki, hazırda paytaxt əsl payız havasını yaşayır: “Belə hava şəraitini çox görmüşük, dəfələrlə olub. Mövsümün belə dəyişkən olması ilə bağlı heç bir narahatlığa ehtiyac yoxdur. Hər şey qaydasındadır. Proqnozlar onu göstərir ki, builki payız yağıntılı keçəcək. Ən vacib məsələ isə yağıntıların hansı formada düşməsidir. Qar şəklində olarsa, Bakıda yenə də yollarda tıxaclar və digər problemlemlər yarana bilər”.