Qubada 6 otaqlı - EV YANDI

Qubada 6 otaqlı - EV YANDI Sosial
Quba rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, yanğın rayonun Tülər kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 300 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində 2 otağın, aynabəndin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.