Qubada çirkab suları evlərin həyətinə doldu

Qubada çirkab suları evlərin həyətinə doldu Sosial

Qubanın Alekseyevka kəndində küçədə kanalizasiya borusu zədələnib və nəticədə çirkab suları yaxınlıqdakı evlərin həyətlərinə dolub.

News24.az xəbər verir ki, bu barədə Bizim.Media-ya sakinlər məlumat veriblər.

Quba Rayon İcra Hakimiyyətinin başçısının Alekseyevka üzrə nümayəndəsi Mehman Mahmudov faktı təsdiqləyib.

O qeyd edib ki, hadisə güclü yağışlardan sonra baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Şimal regional mərkəzinin əməkdaşları həmin həyətlərdə təmizləmə işləri aparırlar.