""Quran"ın nəyi möcüzədir?" - Elşad Miri - VİDEO
Sosial
"“Quran"ın nəyi möcüzədir? "Quran"ın insanı dəyişdirə bilmək xüsusiyyəti möcüzədir” .
News24.az xəbər verir ki, bu sözləri ilahiyyatçı Elşad Miri RTV-də yayımlanan “Siyasi Kod” verilişində qonaq olarkən deyib.
“Möcüzə deyəndə biz nəyi nəzərdə tuturuq? Möcüzə dedikdə insanı aciz qoyan hər bir şey nəzərdə tutulur. Bu gün əlimizdə olan telefon vasitəsilə yüz minlərlə insan bizi izləyə bilir. Bunun özü bir möcüzə deyilmi? Möcüzə deyəndə biz nə axtarırıq? Niyə kənarda nəsə axtarmalıyıq? Bəs insan bədəni, nəfəs alıb-verməyimiz... Bunların hamısı bir möcüzə deyilmi?
Bir-birimizi görməyimiz, ağzımızı açıb-yummaqla bir-birimizi anlamağımız möcüzə deyilmi?
Yoxsa sən "Quran"ı müqəddəs hesab edib ona möcüzə kimi yanaşırsan, onu tabulaşdırır, əlçatmaz və toxunulmaz edirsən. Nəticədə onu oxumamağa, dərk etməməyə başlayırsan. Onu özündən kənarda saxlamağa çalışırsan.
Quranı hündür bir yerə qoyursan və o, sənin üçün əlçatmaz olur.
Halbuki "Quran"ın məqsədi bu deyil. Məsələn, bu gün telefondan, naviqatordan istifadə ediriksə, xəritəyə baxaraq harada olduğumuzu müəyyənləşdiririk. Allah da bizə "Quran"ı bir bələdçi olaraq göndərir”, – deyə o bildirib