Rauf Hacıyevin oğlu bu gün rus blogerlə evlənir - Fotolar

Rauf Hacıyevin oğlu bu gün rus blogerlə evlənir - Fotolar Sosial

20 yaşlı rusiyalı müğənni və bloger Avrora Kibanın bu gün toyu olacaq.

News24.az xəbər verir ki, gənc bloger 36 yaşlı azərbaycanlı biznesmen Rüstəm Hacıyevlə ailə həyatı qurur.

Bildirilib ki, 8 ay əvvəl Rio-deJaneyroda tanış olan cütlüyün toy mərasimi bu gün Bakıda keçiriləcək.

Qeyd edək ki, Rüstəm Hacıyev Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğludur./Qafqazinfo/

Fotoda Rauf Hacıyev