Rayonlarda həkimlərin maaşı verilmir

Rayonlarda həkimlərin maaşı verilmir Sosial


Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qəbələ və Ağcabədi rayonlarında fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım mərkəzlərinin əməkdaşlarına ötən ayın məvacibləri verilməyib.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, eyni problem ölkənin digər şəhər və rayonlarında da mövcuddur.

TƏBİB-ə ünvanlanan sorğuya hələ ki, cavab verilməyib.