"Rusiyadan zəhləm gedir, amma rus məktəbini bağlasalar..."

 "Rusiyadan zəhləm gedir, amma rus məktəbini bağlasalar..." Sosial

“Nə vaxtsa kimsə yenə də rus sektorunu bağlamaq söhbətini qaldırsa, mən o dəqiqə döyüşə hazıram. Hələki mən sağam, hər hansı rus məktəbini söksələr, dağıtsalar qabağında durmağa hazıram”.

News24.az xəbər verir ki, bu sözləri "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Ayaz Salayev "Pozan.media"-ya deyib.

“Mən çox vətənpərvər adamam. Mənim Rusiyanın bizə münasibətindən, xarici siyasətindən zəhləm gedir. Nifrət edirəm. Siz hansısa rus dilini, ingilis dilini bilməyən səviyyəli elm adamını təsəvvür edə bilirsiniz? Yox! Yaxşı, sən Qərbi sevmirsən, Şərq meyillisən. Bunlar hamısı ərəb dilini, fars dilini, əski əlifbanı bilir? Yox! Heç olmazsa onu bil də... Mənim babam ərəb, fars və yəqin ki, fransız dilini bilirdi. Rusiyanı ilahiləşdirmək olmaz, rus tarixi şərəfli tarix deyil! Amma dil başqa şeydir”, - deyə Salayev bildirib.