Sabaha çimərliklərdə gözlənilən hava şəraiti AÇIQLANDI

Sabaha çimərliklərdə gözlənilən hava şəraiti AÇIQLANDI Sosial

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, iyulun 26-da cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti olacaq.