Sabah 2 rayonda qaz olmayacaq
Sosial
Şəmkir və Qazax rayonunun bir hissəsində təbii qazın verilməsi müvəqqəti dayandırılacaq.
News24.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar 26 may saat 10:00-dan işlər yekunlaşanadək Şəmkir rayonunun Dəllər-Cəyir kəndinin və Qazaxın H.Əliyev prospektinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.