Sabah Abşeronun bir hissəsində qaz kəsiləcək

Sabah Abşeronun bir hissəsində qaz kəsiləcək Sosial

İyulun 30-da Abşeron rayonunun bir hissəsində qaz kəsiləcək.

Bu barədə z News24.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 08:00-dan işlər yekunlaşanadək Xırdalan şəhərinin bir hissəsinin, Atyalı, Qobu, Hökməli, Pirəküşkül, Müşfiqabad, 28 May, Saray və Ceyranbatan qəsəbələrinin, Daş Güzdək, Aşağı Güzdək, Çaylı və Qobustan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.