Sabah bu ərazidə qaz olmayacaq
Sosial
Sabah Cəlilabad rayonunun üç kəndinin qaz təchizatında fasilələr yaranacaq.
Bu barədə News24.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 23-də saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad rayonunun Muğan, Maşlıq və Söyüdlü kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.