Sabah bu rayonda qaz olmayacaq
Sosial
Sabah Masallı rayonunun bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Qəriblər, İsilər, Məmmədrzaküçə, Əzizabad və Qodman kəndlərinin qaz təchizatında müvəqqəti dayandırılacaq.