Sabah "Gənclik" və "Nərimanov" stansiyaları - GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNDƏ ÇALIŞACAQ
Sosial
Sabah keçiriləcək "Qarabağ" - "Linfild" qarşılaşması ilə əlaqədar olaraq Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə News24.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib: "Oyun saat 20:00-da başlayıb, maksimum saat 22:00-da bitəcək. Buna görə də metro stansiyalarının 00:00-dan sonra işləməsinə ehtiyac olmayacaq.
Lakin, sıxlığı nəzərə alaraq, "Gənclik" və "Nərimanov" stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq. Ehtiyac olduğu təqdirdə əlavə qatarlar xəttə buraxılacaq".