Sabah pensiyalar ödəniləcək - RƏSMİ

Sabah pensiyalar ödəniləcək - RƏSMİ Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 22-də Azərbaycan üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

News24.az bu barədə Fonda istinadən xəbər verir.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.