Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sosial
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.