Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək Sosial


Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulmasi müvəffəqiyyətlə başa çatdırılır.

News24.az bildirir ki, bu barədə “Report”a İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən məlumat verilib.

Qeyd olunub ki, avqustun 24-ü səhər saatlarında şəhərin su təchizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin ediləcək.