Sabahdan rayonlarda hava yağıntılı olacaq
Sosial
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq iyunun 2-si səhər 3-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.
Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.