Sabiq deputatın oğluna vəzifə verildi

Sabiq deputatın oğluna vəzifə verildi Sosial

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) 49 saylı Abşeron ikinci seçki dairəsi üzrə Dairə Seçki Komissiyasına sədr təyin edilib.

News24.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Musayev 49 saylı Abşeron ikinci seçki dairəsinin Dairə Seçki Komissiyasının sədri təyin edilib.

Qeyd edək ki, V.Musayev Milli Məclisin I çağırış deputatı olmuş Səfyar Musayevin oğludur./Unikal/