Sabiq nazir Elm və Təhsil Nazirliyini tənqid etdi

Sabiq nazir Elm və Təhsil Nazirliyini tənqid etdi Sosial

"Məktəblərdə istifadə olunan tarix dərslikləri ilə bağlı monitorinq aparmışam".

News24.az xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, apardığı tədqiqatlar əsasında dərsliklərlə bağlı tənqidlərini Elm və Təhsil Nazirliyinə çatdırıb: “Dərsliklər üçün 40 mövzu irəli sürmüşəm, lakin həll olunmur. Nazirliyə məktub yazmışam, tədqiqatlarımı əsas götürərək tənqidlərimi bildirmişəm. Lakin nazirlik bunu həll etmir”, - deyə Həsən Həsənov bildirib.