Sabunçuda ev yanıb

Sabunçuda ev yanıb Sosial
Bakı şəhərinin Sabunçu rayonunda beş otaqlı ev yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 220 m² olan ikimərtəbəli beş otaqlı evin mətbəxinin yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;