Səbinə Hacıyevaya yüksək vəzifə verildi
Sosial
Səbinə Hacıyeva İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib.
News24.az xəbər verir ki, bununla bağlı müvafiq qərar verilib.
S.Hacıyeva bu gündən yeni vəzifəsinin icrasına başlayıb. Marqarita pizza
O, Bakı Slavyan Universitetində "Rus dili və ədəbiyyatı müəllimliyi" ixtisası üzrə bakalavr, daha sonra "Orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisası üzrə əlavə təhsil alıb. S.Hacıyeva 2001-ci ildən peşə təhsili sistemində müxtəlif rəhbər və pedaqoji vəzifələrdə çalışıb. 2025-ci ilin yanvarından "Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi"ndə direktor müavini, daha sonra isə direktor vəzifəsini icra edib./Yeni sabah/