Sədərək rayonuna güclü dolu yağdı

Sədərək rayonuna güclü dolu yağdı Sosial

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda güclü dolu yağışı müşahidə olunub.

News24.az xəbər verir ki, ərazidə yağan dolu nəticəsində torpaq sahələri ağ örpəyə bürünüb. Təbiət hadisəsi zamanı ərazidə görünüş məsafəsi də azalıb.

Dolu yağışının Sədərək rayonunda hər hansı fəsada səbəb olub-olmadığı barədə hələlik məlumat yoxdur.