Sərnişinlərin nəzərinə: 9 marşrutun hərəkət istiqaməti dəyişdi

Sərnişinlərin nəzərinə: 9 marşrutun hərəkət istiqaməti dəyişdi Sosial

Bakının Həsən Seyidbəyli küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə News24.az-a Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, məhdudiyyət səbəbindən 6, 10, 18, 31, 37, 39, 53, 77 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti Azərbaycan prospekti – Şəmsi Bədəlbəyli küçəsi – Füzuli küçəsi – Abdulla Şaiq küçəsi – Nəriman Nərimanov prospekti – Mikayıl Müşfiq küçəsi ilə təşkil edilib.

News24.az-ın yeni instagram səhifəsini izləyin.

Eyni zamanda 6, 10, 31, 37, 77 və 205 nömrəli marşrutların "İçərişəhər" metrostansiyası istiqamətində hərəkəti Parlament prospekti ilə təşkil olunub.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin