Şimal bölgəsinə qar yağdı, temperatur mənfi 11 dərəcəyədək ENDİ

Şimal bölgəsinə qar yağdı, temperatur mənfi 11 dərəcəyədək ENDİ Sosial
Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

News24.az-ın məlumatına görə, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb.

Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 5 sm, Qusarın Ləzə kəndində isə 8 sm-ə çatıb. Ən aşağı temperatur isə Qubanın Qrız kəndində qeydə alınıb. Burda temperatur mənfi 11,8 dərəcəyədək enib. /APA/