Sökülən binaların sakinlərinə - Şad xəbər
Sosial
Azərbaycanda sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək.
News24.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
2027-ci ilin büdcə zərfinə daxil edilən layihəyə əsasən, sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə həmin binaların yerində inşa edilən yeni tikililərdən verilən yaşayış və qeyri-yaşayış sahələri vergiyə cəlb olunan gəlir hesab edilməyəcək.