Sosial şəbəkələrdə “yalançı ördək” sindromu: İnsanlar niyə öz həyatından narazı qalır?

Sosial şəbəkələrdə “yalançı ördək” sindromu: İnsanlar niyə öz həyatından narazı qalır? Sosial

“Sosial mediada gördüyümüz həyatın çox vaxt yalnız seçilmiş və redaktə olunmuş tərəfi nümayiş etdirilir”.

Bu sözləri News24.az-a müsahibəsində neyropsixoloq Aytəkin Aslan deyib.

Onun sözlərinə görə, belə vəziyyətə “yalançı ördək” sindromu deyilir: “İnsanlar orada əsasən gözəl anlarını paylaşırlar. Biz isə həmin görüntüləri öz gündəlik həyatımızla müqayisə edirik.

Bunun nəticəsində insanda “Niyə mən belə deyiləm?”, “Məndə niyə yoxdur?”, “Mənim nəyim çatışmır?” kimi suallar yaranır. İnsan özünü tənqid etməyə, qınamağa başlayır.

Mən bunu belə ifadə edirəm: “insanlar öz mətbəxini başqalarının vitrini ilə müqayisə edirlər”. Başqasının həyatında görünən gözəlliklər insanın öz həyatını dəyərsiz hesab etməsinə səbəb ola bilər. Yəni bununla insan öz həyatına marağını itirir, sosial şəbəkələrdə gördüyü parlaqlıq həyatı üçün riskə çevrilir”.