Sosial müavinətlərin ödənişi yekunlaşdırıldı

Sosial müavinətlərin ödənişi yekunlaşdırıldı Sosial

Bu gün ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb.

Bu barədə News24.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Belə ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün respublika üzrə dəfn üçün birdəfəlik müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətlər ödənilərək yekunlaşdırılıb.