Sosial şəbəkədə ən çox izləyicisi olan deputat kimdir?

Sosial şəbəkədə ən çox izləyicisi olan deputat kimdir? Sosial

Sosial şəbəkələr artıq təkcə fərdlər arasında ünsiyyət vasitəsi deyil, həm də ictimai və siyasi xadimlərin cəmiyyətlə əlaqə qurduğu platformalardır. Deputatlar da bu tendensiyadan kənarda qalmır.

Onların Facebook hesabları vasitəsilə seçicilərlə ünsiyyət qurması, fəaliyyətləri barədə məlumat verməsi və ictimai məsələlərə münasibət bildirməsi izləyici sayına da təsir göstərir.

Bəs Azərbaycanda sosial şəbəkələrdə ən çox izlənilən deputatlar kimlərdir?

News24.az-ın araşdırmasına görə, "Facebook" platformasında deputatlar arasında ən çox izləyiciyə malik hesab millət vəkili Vüqar Bayramova məxsusdur. Onu 24 min nəfər izləyir.

Ondan sonra Ceyhun Məmmədov 22 min, Razi Nurullayev 17 min, Əziz Ələkbərli 11 min, Jalə Əliyeva 9,6 min, Vüqar İsgəndərov 9,1 min, Elşad Musayev 7,7 min, Müşviq Məmmədli 4,8 min, Azər Badamov 4,7 min, Hicran Hüseynova 4 min, Kamaləddin Qafarov 3,8 min, Hikmət Babaoğlu 3,6 min, Günay Ağamalı 1,7 min, Rəşad Mahmudov 1,1 min, Göydəniz Qəhrəmanov isə 853 nəfər tərəfindən izlənilir.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarovanın isə sosial şəbəkə hesabını 14 min nəfər izləyir.