Sürücülərə ŞAD XƏBƏR: Bu yolun bərpasına başlanıldı

Sürücülərə ŞAD XƏBƏR: Bu yolun bərpasına başlanıldı Sosial

Xaçmaz-Xudat-Yalama avtomobil yolunun 60-cı kilometr hissəsində aparılan bərpa işlərinə start verilib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata əsasən, güclü sel nəticəsində zərər görmüş ərazidə vəziyyətin normallaşdırılması üçün xüsusi texnika və işçi heyəti cəlb olunub.

Hazırda yolun zədələnən hissəsində qazıntı və təmizləmə işləri həyata keçirilir, selin yaratdığı problemlərin aradan qaldırılması istiqamətində intensiv tədbirlər görülür. Görülən işlərin əsas məqsədi nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək və yol bağlantısını qısa zamanda tam şəkildə bərpa etməkdir.

Bununla yanaşı, gələcəkdə yarana biləcək risklərin qarşısını almaq üçün ərazidə əlavə profilaktik tədbirlər də görülür. Bərpa işləri Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq davam etdirilir.