Sumqayıt-Bakı qatarında - LƏNGİMƏ OLUB

Sumqayıt-Bakı qatarında - LƏNGİMƏ OLUB Sosial
Bu gün saat 08:20-də Baş Sumqayıt - 5-cı blok/post mənzilində kontakt şəbəkədə yaranan nasazlıq nəticəsində Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkəti ləngiyib.

News24.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Qeyd olunub ki, elektrik qatarı saat 09:10-da təyinatı üzrə yola salınıb, təcili bərpa işlərinə başlanılıb.