Sumqayıt- Bakı qatarının gecikmə səbəbi - AÇIQLANDI

Sumqayıt- Bakı qatarının gecikmə səbəbi - AÇIQLANDI Sosial
Bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində nasazlıq yaranıb.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsindən News24.az-a verilən məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnib:

“Yaranmış nasazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub.

Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir.

“Azərbaycan Dəmir Yolları” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir”.