Sumqayıtda 3 saatdan artıqdır ki, - internetin verilməsində problem var

Sumqayıtda 3 saatdan artıqdır ki, - internetin verilməsində problem var Sosial

Bu saatlarda Sumqayıtda internetin verilməsində problemlər yaşanır. 

News24.az xəbər verir ki, şəhərin çox hissəsini internetlə təmin edən SNTV provayderinin fəaliyyətində ciddi problemlər yaranıb. 

Artıq 3 saatdan çoxdur ki, şəhərin mərkəzi hissələrində, eləcə də bəzi mikrorayonlarında internetin verilməsində fasilə yaranıb. Problemin yaranmasını əsas səbəb kimi texniki qəzanın baş verdiyi göstərilir. SNTV-dən problemin aradan qaldırılması istiqamətində təmir işlərinin aparıldığı bildirilib. /APA/