Sumqayıtdakı kəskin iy-qoxunun - SƏBƏBİ ARAŞDIRILIR
Sosial
Sumqayıtda Azər Kimya İstehsalat Birliyinin Etilen-Polietilen zavodu ətrafında havada qeydə alınan kəskin iy-qoxu ilə bağlı daxil olan məlumat əsasında ETSN-nin əməkdaşları hadisə yerindədir.
News24.az-ın məlumatına görə, hazırda kəskin iy-qoxunun yayıldığı ərazidə və ətrafda monitorinq və araşdırmalar aparılır, atmosfer havasından nümunələr götürülür. ETSN-nin Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov jurnalistlərə bildirib ki, aparılan araşdırmalar və götürülən nümunələr əsasında ətrafa yayılan iy-qoxunun mənşəyi, ətraf mühitə təsirləri barədə rəy veriləcək.
Hazırda araşdırmalar davam etdirilir.