Sumqayıtdakı qəzada ölən şəxs hərbçi imiş - Foto
Sosial
Xəbər verdiyimiz kimi, Bakı-Quba magistralının Sumqayıt şəhəri ərazisində yolu keçmək istəyən kişini avtomobil vuraraq öldürüb.
News24.az xəbər verir ki, qəzada həyatını itirən şəxsin Azərbaycan Ordusunun kapitanı İsayev Elxan Tofiq oğlu olması müəyyənləşib.
Biləsuvar rayonunun Aşağı Cürəli kəndindən olan E.İsayev Vətən müharibəsində iştirak edib, döyüşlərdə yaralanıb. Göstərdiyi şücaətlərə görə çoxsaylı medallarla təltif olunub.
Qeyd edək ki, iki qız atası olan zabitimiz xidmətdə olduğu hərbi hissədən çıxıb evə gedərkən qəzanın qurbanı olub. Onun nəşi bu gün doğma kəndində torpağa tapşırılıb. (qafqazinfo)