Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək
Sosial
Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatı bu gün müvəqqəti dayandırılacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən News24.az-a verilən məlumata görə, şəhərin Xəzər bağları yaşayış massivində yerləşən diametri 89 millimetr olan qaz xəttində aşkarlanan sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.
Bununla əlaqədar iyunun 4-də saat 15:00-dan etibarən ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq. Təmir işləri müddətində ümumilikdə 1000 abonentin qazla təminatında fasilə yaranacaq.