Süni intellektə bağlılıq tənhalıq yaradır -Psixoloqdan xəbərdarlıq
Sosial
Süni intellektlə həddindən artıq ünsiyyət insanlarda tənhalıq hissini artıra və real münasibətlərdən uzaqlaşmağa səbəb ola bilər.
News24.az xəbər verir ki, bu barədə psixoloq Yelena Skripaçeva “RT”yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, süni intellektin daim müsbət və dəstəkləyici reaksiyalar verməsi insanlarda emosional bağlılıq yarada bilər. Nəticədə onlar real münasibətlərdə fikir ayrılıqlarını və tənqidi qəbul etməkdə çətinlik çəkə bilərlər.
Psixoloq süni intellektdən asılılığın əlamətləri kimi yaxınlarla ünsiyyətdən uzaqlaşmağı, ondan istifadə edə bilmədikdə narahatlıq keçirməyi və daim ona müraciət etmək ehtiyacını göstərib.
Mütəxəssis xüsusilə yeniyetmələrə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O, süni intellektin insan münasibətlərini əvəz etməməli, yalnız köməkçi vasitə kimi istifadə olunmalı olduğunu bildirib.